Azərbaycanda koronavirusa yoluxma ilə bağlı son vəziyyət

Azərbaycanda yeni növ koronavirusa yoluxma hallarında kəskin azalma müşahidə edilir.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın gündəlik yaydığı məlumatlar təsdiqləyir.

Son 3 ayın rəqəmlərinə nəzər yetirsək görərik ki, Azərbaycanda 2022-ci ilin dekabr ayının ilk iyirmi günündə (1-20 dekabr) 1190 nəfər, bu ilin ilk ayının – yanvarın iyirmi günündə 1213 nəfər, fevralın eyni dövründə isə cəmi 414 nəfər koronavirusa yoluxub. Yəni fevral ayının ilk iyirmi günündə koronavirusa yoluxma hallarında ötən ayla müqayisədə 3 dəfə azalma müşahidə edilib.

1218426

Azərbaycanda indiyədək ümumilikdə 828 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 131 nəfər müalicə olunaraq sağalıb, 10 103 nəfər vəfat edib, aktiv xəstə sayı 124 nəfərdir.

Xatırladaq ki, ötən ilin dekabr ayının 22-də Azərbaycanda xüsusi karantin rejiminin müddəti artırılıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.