Ölkədə COVID-19-la bağlı son durum açıqlandı

***20:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 241 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, aktiv xəstə sayı 444 nəfərdir.

Ölkədə son sutka ərzində 667, hazırkı dövrədək isə 7 561 346 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a  verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 955 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 407 483, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 065, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 075, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 965 nəfər təşkil edir.