Azərbaycanda bu general təqaüdə göndərilir – FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov təqaüdə göndəriləcək.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində Məhərrəm Qafarov yaxın vaxtlarda vəzifəsindən azad olunacaq.

Qeyd edək ki, Qafarov Məhərrəm Allahverdi oğlu 19.09.1959-cu il tarixdə Gədəbəy rayonunda anadan olub. 1985-2016 illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 11.10.2016-cı il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, 10.07.2023-cü il tarixində Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Onun yeruinə 47 yaşlı ədliyyə polkovniki Mirsaleh Seyidov təyin olunub.