“Biz Azərbaycan və Türkiyə üçün yolları açmağa hazırıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində deyib.
Paşinyan Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək quru yolu üçün Mehridən dəmir yolunun salına biləcəyini deyib:
“Bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında həyata keçirilə bilər. Bu, o deməkdir ki, üçüncü bir dövlət bizim ərazimizə nəzarət etməməlidir. Bizim sərhəddə bizim gömrük və sərhəd xidmətimiz fəaliyyət göstərməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanata görə təhlükəsizliyi Rusiya təmin etməlidir, mən isə deyirəm ki, elə şey yazılmayıb. Qurudan dəmiryolu Mehridən keçə bilər. İcevan və başqa ərazilər də var, lakin oralarda sürüşmə riski mövcuddur. Amma biz Mehridən keçəcək dəmiryoluna razıyıq, bu bizə fayda verəcək. Əsas sülhdür”.
Əliyar Xəlil
Globalinfo.az