Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə etdi – FOTO

20:36

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşdə regional və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Bu barədə azərbaycanlı diplomat tviterdə bildirib.