28492415 119 0 1902 1337 1920x0 80 0 0 b12e8e5c025654c7053939b164112a93


Tavuş vilayətinin sərhəddə yerləşən Kirants kəndinə çəkilən alternativ yol Azərbaycan ordusunun nəzarəti altında olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan deyib.

“Tavuşda dövlət sərhədinin delimitasiyası nəticəsində Azərbaycan silahlı qüvvələri kəndlərin yaxınlığında yerləşiblər. Ona görə də Kirants kəndinə gedən alternativ yol da Azərbaycan Ordusunun nəzarəti altına düşüb.

Həmçinin, Azatamut, Kayan, Ayqeovit, Vazaşen və digər kəndlərin yolları da nəzarət altındadır”, – Tatoyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: