Azərbaycan milli komandası yoldaşlıq görüşündə San-Marino yığması ilə qarşılaşıb.
Globalinfo.az xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçirilən matç 2:1 hesabı ilə millimizin qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 9-cu dəqiqədə San-Marino millisinin futbolçusu Nikola Nanni açıb.
Azərbaycan yığması 28-ci dəqiqədə hesabı bərabərləşdirib. Rəhman Daşdəmirov dəqiq zərbə ilə fərqlənərək tarazlığı təmin edib.
İkinci hissədə üstünlük qazanan millimiz 50-ci dəqiqədə Renat Dadaşovun qolu ilə hesabda önə keçib və bu nəticə oyunun sonuna qədər qorunub.