azal 1

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır.

Globalinfo.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Aviaşirkət bu şəhərə ilk uçuşunu dekabrın 15-də həyata keçirəcək. Uçuşlar həftədə bir dəfə – cümə axşamı yerinə yetiriləcək.

Paylaş: