Gecikən Bakı-Naxçıvan reysi yola düşdü – YENİLƏNİB

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər.

Bu barədə Globalinfo.az AZAL-a istinadən xəbər verir.

Eyni zamanda Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər,məlumatda deyilir.

***10:27

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

Bu barədə Globalinfo.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

“Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər” – məlumatda qeyd olunub.

***09:39

AZAL Bakı-Naxçıvan reysini təxirə salıb.

Globalinfo.az xəbər verir ki, buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda havanın dumanlı olmasıdır.

Bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 10:00-a kimi təxirə salınıb.