azal 787 1

Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti Bakı-Maskat aviareysini açmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında deyilir.

Bildirilib ki, AZAL Omanın paytaxtında Bakı-Maskat çarter reysinin təqdimat mərasimini keçirib.

Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov iştirak edib.

Mərasimdə çıxış edən diplomat yeni reysin turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Paylaş: