“Azərişıq”dan Füzulidəki qəza ilə bağlı AÇIQLAMA

“Azərişıq” ASC əməkdaşlarının olduğu avtomobil Füzuli rayonu ərazisində yüngül qəza keçirib.

Globalinfo.az bildirir ki, bu barədə Modern.az-a “Azərişıq” ASC-nin mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə məlumat verib.

“Yüngül qəza olub, əməkdaşların vəziyyəti yaxşıdır, heç bir problem yoxdur. Onlar daha sonra yola davam ediblər”, – qurum rəsmisi bildirib.

Qeyd edək ki, qəzaya düşən şəxslərin “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov və Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov olduğu bildirilir.