Azərbaycanın Ukraynadakı səfirliyi: “Konsulluq qəbulu müvəqqəti dayandırılacaq”

İntensiv hava zərbələri riskinin artması ilə əlaqədar hava həyəcanı elan edilən müddətdə konsulluq qəbulu müvəqqəti dayandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

“Təxirə salınması mümkün olmayan təcili suallarla bağlı +380 99 408 99 43 və +380 73 505 00 00 telefon nömrələrinə zəng etməniz xahiş olunur”, – müraciətdə deyilir.