aynisan 1

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva Qarabağa səfəri zamanı paylaşımı ilə diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, Aynişan Quliyeva atası Xalid Quliyevin döyüşdüyü və şəhid olduğu əraziləri ziyarət edib. Bloger səfər zamanı çəkdirdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Aynişan paylaşımında atasının döyüş yolu barədə də məlumat verib.

Aynişan paylaşımında atası haqqında bunları yazıb:

“O, xüsusi təyinatlı tank sürücüsü idi və müharibəyə könüllü yollanmışdı. Döyüşlərin birində üç əsgər yoldaşını mühasirədən xilas edib. Geri qayıdarkən idarə etdiyi tank minaya düşüb və atam şəhidlik zirvəsinə ucalıb”.

Aynişan atasının xatirəsini ehtiramla yad edərək onun döyüşdüyü torpaqlardan görüntüləri izləyiciləri ilə bölüşüb.

Paylaş: