Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Türkiyə, Azərbaycan və Ermənistanla münasibətlərin inkişafı istiqamətində səylərin yeni mərhələyə keçdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
O bildirib ki, tərəflərlə siyasi dialoq və əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar əlaqələrin növbəti səviyyəyə yüksəlməsinə imkan yaradıb.
Kosun sözlərinə görə, bu proses Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və uzunmüddətli əməkdaşlığın təmin olunmasına mühüm töhfə verə bilər.
Tahir Turan
Globalinfo.az