Audiovizual Şura tələbələr üçün seminar təşkil etdi – FOTOLAR

sura

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, 15 may  2024-cü il tarixində Şura əməkdaşları BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib.

Globalinfo.az bildirir ki, tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr tərəfindən maraqla qarşılandığını, belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Audiovizual Şuranın əməkdaşları audiovizual media və onun tənzimlənməsi normaları haqqında geniş təqdimatla çıxış ediblər. Məlumat almaq hüququ, yayımlanması məhdudlaşdırılan informasiyalar, yayımlanmış materialların saxlanılması, mediada reklamın yayılması, audiovizual media sahəsində lisenziyalaşdırma və digər mövzular barədə tələbələrə ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

a couple of men in suits standing in front of a chalkboarda group of people sitting in a rooma woman giving a presentation to a group of peoplea man giving a presentationa man giving a presentation