ANAMA-nın avtobusu Laçında qəzaya uğradı: yaralılar var – YENİLƏNİB

Bu gün ANAMA avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirib ki, bu gün Laçın rayonunun Ağcakənd kəndi ərazisində “Kamaz” markalı sərnişin avtobusu hərəkətdə olan zaman sürücünün idarəetməni itirməsi səbəbindən dərəyə yuvarlanıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

***14:28

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.

Bu barədə Globalinfo.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb. Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.