Amerikalı alimdən virus xəbərdarlığı: “Böyük dalğa yaranacaq”

“Koronavirusun yeni variantı (XEC) bütün dünyada yayılır”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı alim Erik Topol deyib.

O bildirib ki, yeni variant ilk dəfə bu ilin iyununda Almaniyada aşkar edilib və həmin vaxtdan XEC virusu Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra digər ölkələrdə qeydə alınıb.

“Virus yeni başlayır. Bir neçə ay ərzində geniş yayılacaq və sonda böyük dalğa yaranacaq”, – deyə Topol vurğulayıb.

Alimlər qeyd edirlər ki, XEC bəzi mutasiyalarda əvvəlki viruslardan fərqlənir. Bununla belə, mövcud vaksinlər insan sağlamlığı üçün ən ağır nəticələrin qarşısını almağa kömək edə bilər.

Müşviq Tofiqoğlu
Globalinfo.az