AMEA-da QALMAQAL: tələbələr xəbər verilmədən başqa universitetlərə transfer edilir

Bu ildən başlayaraq AMEA-nın institutlarına magistratura üzrə qəbul aparılmayıb. Lakin qəbul aparılmaması ilə yanaşı, ikinci kursda oxuyan magistratura tələbələrinin başqa universitetlərə transferinə başlanılıb.

Globalinfo.az xəbər verir ki, bu qərar universitet tələbələrinin narazılığına səbəb olub. Hətta dərslərin başlamasına 15 gün qaldığı halda tələbələrə bu haqda rəsmi məlumat verilmədiyi, universitetin rəsmi şöbələrindən isə “qərar belədir, biz də bilmirik” deyildiyi iddia edilib.

Tələbələrin iddialarına görə, vaxtaşırı haqsızlıqlarla rastlaşırlar. Dediklərinə görə, ötən il haqsız olaraq balları aşağı salınıb. Tələbələr məzun olmağa bir il qalmış bu qədər əziyyətdən sonra qəbulu daha aşağı bal olan universitetlərdən hər hansı birinin deyil, AMEA-nın diplomunu almaq istəyirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əliyar Xəlil
Globalinfo.az