Tbilisidə etiraz aksiyası başa çatıb.
Etirazçılar parlament binasının qarşısındakı ərazini boşaldıblar.
Gürcüstan Prezidenti Salome Zurabişvili hakimiyyətə yeni parlament seçkilərinin təyin edilməsi üçün bir həftə vaxt verib.
O, dekabrın 23-də vətəndaşlar üçün təfərrüatları olan videomüraciət çəkəcəyini vəd edib və səhnədəki texniki nasazlıqlara görə çıxış edə bilməyəcəyini bildirib.
***
Gürcüstan Prezideti Salome Zurabişili aksiyanın keçirildiyi Rustaveli prospektinə gəlib.
***
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.
Globalinfo.az xəbər verir ki, polis Prezident Salome Zurabişvilinin çıxışı üçün nəzərdə tutulan səhnə avadanlığının Rustaveli prospektinə gətirilməsinə icazə verməyib.
Bəzi aksiya iştirakçıları binanın töhlükəsizliyi üçün quraşdırılmış dəmir hasarları döyəcləyiblər.