Aİ və ABŞ Ermənistandan nə istəyir? – Danielyan AÇIQLADI

“Biz aprelin 5-də keçiriləcək görüşü yalnız Ermənistanın nöqteyi-nəzərindən müzakirə edirik. Ancaq onların bizdən nə istədiklərindən danışmırıq. Qərb bizə pul yox, sadəcə söz verir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O bildirib ki, Aİ və ABŞ Ermənistandakı Rusiya bazalarının çıxarılmasını, daha sonra isə “Orta dəhliz”in açılmasını və  Rusiyanın regiondan çəkilməsini istəyir. Aİ və ABŞ bizdən konkret addımlar tələb edir. Əsas addım Rusiya ilə münasibətləri kəsmək və rus qoşunlarını çıxarmaqdır. Amma indiki iqtidar bunu edə bilməz. Çünki iqtisadi cəhətdən Rusiyadan asılı olduğunu başa düşür. Bu əlaqələr kəsilsə, Ermənistan iqtisadiyyatı çökəcək, beləliklə də indiki rejim gücünü itirəcək”, – deyə Danielyan vurğulayıb.

O əlavə edib ki, ABŞ və Aİ axmaq deyil və Ermənistanın baş nazirinin yalançı olduğunu bilir. Onlar böyük pulların qarşılığında Ermənistandan cavab konkret addımlar tələb edirlər.

Əliyar Xəlil
Globalinfo.az