
“Avropa İttifaqı Ukraynanın birliyə daxil olma prosesini sürətləndirmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Marta Kos deyib.
“Texniki nöqteyi-nəzərdən Ukraynanın 2025-ci ilin birinci yarısında birliyə daxil olması barədə danışıqlar üçün iki klasterin açılması mümkündür”, – deyə Kos qeyd edib.
O, həmçinin əlavə edib ki, sonrakı irəliləyiş Aİ-yə üzv ölkələrdən asılıdır, onlar bu məsələdə hər addım üçün razılıq verməlidirlər.
Əliyar Xəlil