Aİ erməniləri növbəti qurban seçib – Polyanski

“Avropa İttifaqı əslində münaqişələrin həllində maraqlı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

O bildirib ki, Ermənistan, Moldova və Afrika ölkələri Avropa Birliyinin tətbiq etdiyi anti-Rusiya siyasətinin əvəzini öz vətəndaşlarının canı bahasına ödəyir.

“Avropa İttifaqının Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla bir çox ölkələrdə tətbiq etdiyi anti-Rusiya siyasəti yüz minlərlə insanın həyatını məhv edib. Aİ hər cür yolla özünü sülhməramlı və vasitəçi kimi göstərməyə çalışır.  Hətta Ukraynaya münasibətdə də bundan istifadə etməyə çalışır. Lakin Aİ-nin bu ölkədəki münaqişənin sona çatmasını istəməsi ilə bağlı şübhələr var”, – Polyanski vurğulayıb.

Xatırladaq ki, Aİ missiyası 2023-cü ilin 20 fevral tarixində Ermənistanda yerləşib. 2023-cü ilin dekabrında isə Aİ Ermənistanın Azərbaycanla sərhədində vəziyyətin monitorinqini aparmaq üçün missiyanın sayını 209 nəfərə çatdırıb.

Əliyar Xəlil
Globalinfo.az