Aİ müşahidəçiləri Nerkin-And kəndinə girə bilmir

“Avropa İttifaqı müşahidəçilərinin Nerkin-And kəndinə çıxışı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, Aİ-nin Ermənistanda yerləşən mülki missiyasının fevralın 13-də insidentin yaşandığı Nerkin-And kəndinə girişi mövcud deyil.

“Hazırda Aİ müşahidəçilərinin Nerkin-And kəndinə və Azərbaycanla beynəlxalq səviyyədə tanınan digər sərhəd ərazilərə çıxışı yoxdur. Əgər belə bir problem olsa, biz onu həll edəcəyik”, – Qriqoryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az