“Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Rusiya, İran və Azərbaycana qarşı casusluq edir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O bildirib ki, Avropa missiyası Ermənistan sərhədlərinin qorunması ilə məşğul deyil.

“Əgər 2022-ci ildə İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT-nin həyata keçirmək istədiyi təkliflərə razılıq versəydi, bu gün Ermənistanın üzləşdiyi risklərin sayı az olardı. Amma Avropa missiyası Ermənistanın dövlət sərhədlərini qorumaq əvəzinə, monitorinq adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur”, -Qaluzin vurğulayıb.

Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib. Ermənistan hökuməti Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, bunu diplomatik statusa bərabərləşdirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: