zaxarova 2

“Ermənistan və Avropa İttifaqı arasında vizaların liberallaşdırılması İrəvanın suveren hüququdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, viza rejiminin liberallaşdırılması məsələsi sırf fürsətçi xarakter daşıyır.

“Bu, Aİ-nin Cənubi Qafqazda təsirini artırmaq və regionda geosiyasi rəqabəti qızışdırmaq istəyi ilə bağlıdır. Ancaq Moskva bu məsələni İrəvanla müzakirə etməyib. Hərçənd, bu mövzu qarşıdakı ikitərəfli danışıqlarda müzakirə predmetinə çevrilə bilər. İndiki geosiyasi vəziyyətdə Qərbin “səxavətinə” ehtiyatla yanaşmaq lazımdır”, – deyə Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: