Ağstafada dəhşət: üzüm yığan ər və arvad öldü – TƏFƏRRÜAT / VİDEO

Ağstafanın Qırılı kəndində baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.

Globalinfo.az xəbər verir ki, kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov pilləkəni hasara söykəyərək üzüm yığırmış. Bu zaman hasar aşıb, Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar.

Mərhum F. İsmayılovun qardaşı Mehman İsmayılov bildirib ki, səhər saatlarında üzümü yoldaşının işə aparması üçün yığırmışlar:

“Hasarın hər iki tərəfinə nərdivan söykəyiblər. Qopan daş əvvəlcə qadının üzərinə düşüb. Yoldaşı daşı tutmaq istəyərkən ayağı ilişərək yıxılıb və hasar hər iki tərəfdən üstlərinə aşıb”.

Bədbəxt hadisədən 20-25 gün əvvəl isə nəvələri vəfat edibmiş.

Ətraflı Baku TV-nin süjetində:


***13:42

Xəbərə fotolar əlavə olunub.

Fotolar APA-ya məxsusdur.

***11:34

Ağstafada bədbəxt hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 
Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə ölüb - YENİLƏNİB - FOTO

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə ölüb - YENİLƏNİB - FOTO