Ağ Evin milyardlıq planı: Tramp gözünü ora dikib

tramp 1

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığından sonra Kiyevin taleyi müzakirə obyekti olub. Son günlər aktuallıq qazanan məsələlərdən biri Ukraynanın NATO və Avropa İttifaqına (Aİ) üzv olmaq ehtimalıdır. İddialara görə, adıçəkilən təşkilatlar heç bir halda bununla razılaşmayacaq.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov vurğulayıb ki, Qərbin geosiyasi mövqeyi ancaq öz maraqlarına xidmət edir:

“Ukraynanın müharibəyə cəlb edilməsində əsas məqsəd onu Şərqi Avropanın güclü və böyük ölkəsi olmaqdan məhrum etmək idi.  Rusiya özünü və maraqlarını müdafiə etmək üçün bu ölkəyə müdaxilə etdi. Bu, strateji olaraq səhv addım idi və Kremlə heç bir dividend gətirmədi”.

fizuli qurbanov

Füzuli Qurbanov

Ekspert bildirib ki, Kiyev sözügedən təşkilatlara üzv ola bilməyəcək:

“ABŞ 450 milyard dollarlıq xərcini Ukrayna sərvətlərinin istismarı hesabını geri alacaq. Rusiya isə tutduğu torpaqlarda qalacaq. NATO və Aİ-yə gəldikdə isə Ukraynaya vəd verməyə davam edəcəklər”.

Turan Rzayev
Globalinfo.az