67ed121685f7c67ed121685f7d174358991067ed121685f7a67ed121685f7b

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Azərbaycanda səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Erik Ceykobsun səfər zamanı hökumət rəsmiləri, enerji sektorundakı liderlər və sahə mütəxəssisləri ilə görüşəcəyi, enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə edəcəyi, ABŞ-ın enerji liderliyini vurğulayacağı və hər iki ölkə üçün enerji bolluğu, daha böyük rifahı ortaya çıxarmaq imkanlarını araşdıracağı bildirilib.

Ceykobs həmçinin cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Toplantısında açılış nitqi ilə çıxış edəcək.

Paylaş: