ABŞ və Britaniya Husilərin hədəflərini bombaladı

“İngiltərə və ABŞ Yəməndə Husilərin mövqelərinə növbəti zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.

Məlumatına görə, Yəmənin Əl-Hodeyda əyalətinin Es Salif bölgəsinin Ras İsa limanı hücuma məruz qalıb.

Hücumun nəticələri barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ və Britaniya qüvvələri yanvarın 12-dən etibarən təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində Husilərin hədəflərinə zərbələr endirirlər. Əsasən raket və dronların yerləşdiyi ərazilər, həmçinin üsyançıların radar stansiyaları hədəfə alınır.

Əliyar Xəlil
Globalinfo.az