Misirdə keçirilən sammit zamanı ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı yüksək qiymətləndirib və onun 2026-cı il parlament seçkilərində qalib gələcəyini proqnozlaşdırıb.
Globalinfo.az xəbər verir ki, Amerikalı liderin bu sözləri Ağ Evin “YouTube” kanalında yayımlanıb.
“Sən fantastiksən. Mən onu son seçkidə dəstəklədim və o, 28 xalla qalib gəldi. Əgər yeni seçkilər olsa, bu dəfə daha yaxşı işlər görəcəksən”, – Tramp Orbana müraciət edərək bildirib.
Tahir Turan
Globalinfo.az