ABŞ və Aİ Kiyevə silah tədarükü ilə bağlı razılığa gəldilər

ABŞ və Aİ Kiyevə silah tədarükü ilə bağlı razılığa gəldilər

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukraynaya silah tədarükü məsələsində razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, bu tədarükün maliyyə yükü əsasən Aİ-nin üzərinə düşəcək.

Tramp qeyd edib ki, silah tədarükünün koordinasiyası NATO və ABŞ-ın alyansdakı daimi nümayəndəsi Metyu Uitakerin rəhbərliyi ilə həyata keçiriləcək.

“Artıq Avropa məsuliyyətin bir hissəsini öz üzərinə götürməyə razılaşıb. Ukraynaya dəstək bizim üçün strateji prioritetdir, lakin bu yükü təkbaşına daşımalı deyilik”, – deyə Tramp əlavə edib.

Tahir Turan

Globalinfo.az