“ABŞ Rusiyanı 2024-cü il prezident seçkilərinə təsir etmək cəhdində günahlandırmağı planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” nəşri məlumat dərc edib.
Nəşr yazır ki, Rusiya amerikalı seçicilər arasında dezinformasiya yaymaq üçün onlayn platformalardan fəal istifadə edir. Rusiyanın dövlət media şəbəkəsi olan “Russia Today” (RT) bu işdə xüsusi fəallıq göstərir. Ona görə də, ABŞ Rusiyanı ittiham etməyi planlaşdırır.
Qeyd edək ki, Rusiyanın Vaşinqtondakı səfirliyi bu ittihamla bağlı heç bir cavab verməyib. Moskva dəfələrlə ABŞ-da keçiriləcək seçkilərə müdaxilə etmədiyini açıqlayıb. “RT” nəşri isə Vaşinqtonun ittihamlarını istehza ilə qarşılayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az