WhatsApp Image 2025 12 18 at 23.41.07

ABŞ Rusiya Prezidenti Vladimir Putinin 2026-cı ilin dekabrında Mayamidə keçirilməsi planlaşdırılan G20 sammitinə mümkün səfəri ilə bağlı rəsmi hazırlıqlara başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Ekspert İdarəsinin rəis müavini və Rusiyanın G20-dəki nümayəndəsi Svetlana Lukaş məlumat verib.

Onun sözlərinə görə, G20-yə rotasiya qaydasında sədrliyi həyata keçirən Amerika tərəfi artıq Rusiya liderinin sammitdə iştirakını öz planlarına daxil edir.

“Sədr ölkə Vladimir Vladimiroviç Putinin gələn ilin dekabrında Mayamidə keçiriləcək sammitdə iştirakına hazırlaşır”, – deyə Lukaş qeyd edib.

Bu açıqlama Vaşinqtonda ABŞ-ın sədrliyi dövründə G20 nümayəndələrinin ilk görüşü başa çatdıqdan sonra səsləndirilib.

Qeyd edək ki, 2026-cı ilin G20 sammiti ABŞ-da, Miami (Doral) yaxınlığında, dekabrın 14-15-də keçirilməsi planlaşdırılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: