ABŞ nümayəndəsi Rusiyaya gedir – Gözlər Putin-Uitkoff görüşündə

2

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftə Rusiyaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt məlumat yayıb.

O bildirib ki, Uitkoff Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putinlə görüşəcəyinə ümid edir.

“Xüsusi nümayəndə Stiven Uitkoff Vladimir Putinlə danışıqları davam etdirmək üçün bu həftə Rusiyaya səfər edəcək”, – Livitt deyib.

Aysel Əliyeva
Globalinfo.az