“BMT Təhlükəsizlik Şurasının üzvləri İsrail və İranı bir-birinə qarşı qarşılıqlı hücumları dayandırmağa çağırıblar”.
Globalinfo.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında deyilib.
İclas İsrailin İranın üç vilayətinə hava zərbələri endirməsindən sonra İranın tələbi ilə çağırılıb.
Şura üzvlərindən Əlcəzair, Çin və Rusiya Tehranın tələbini dəstəkləyib.
ABŞ səfiri Linda Tomas-Qrinfild Vaşinqtonun daha da gərginləşməni görmək istəmədiyini və hər iki tərəflə əlaqə saxladığını bildirib.
“Birləşmiş Ştatların İsrailə mesajı aydındır. Biz həmişə İsrail xalqını və ərazisini İrandan, onun tproksi qüvvələrindən qorumağa kömək edəcəyik. Bizim İrana mesajımız da aydındır. Əgər Tehran İsrailə və ya bölgədəki ABŞ personalına qarşı növbəti təcavüzkar addımlar atmağa qərar versə, bunun ciddi nəticələri olacaq. Biz özümüzü müdafiə tədbirləri görməkdən çəkinməyəcəyik”, – deyə Qrinfild vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az