ABŞ-ın İrana mümkün hərbi zərbələri Əli Xameneinin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxarmayacaq.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Keçmiş baş nazir qeyd edib ki, ABŞ və İran gələcəkdə yeni saziş imzalaya bilər.
Onun sözlərinə görə, hərbi əməliyyat başlayarsa, İsrail müdaxilə etməməlidir.
“Mən İsrailin yox, ABŞ-ın İrana zərbə endirməsini üstün tutardım. Əgər ABŞ İran hökumətini devirmək məqsədinə çatacağına inanırsa, o zaman addım ata bilər”, – Olmert əlavə edib.
Qeyd edək ki, daha əvvəl “Bild” qəzeti ABŞ-ın 23 və ya 24 fevral tarixlərində İrana hücuma keçəcəyini ehtimal etmişdi.
Tahir Turan
Globalinfo.az