iran 991

ABŞ ordusunun İranın cənubunda yerləşən bir neçə strateji obyektə hava zərbələri endirdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, ABŞ aviasiyası Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərindəki hava limanını, eləcə də Hörmüzqan əyalətinin Bəndər Xemir şəhərində yerləşən körpünü hədəfə alıb.

Hücumların nəticələri, eləcə də dağıntı və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolin Levitt daha əvvəl ABŞ-nin istənilən vaxt və istənilən yerdə İrana zərbə endirmək imkanına malik olduğunu bildirmiş və bunu İranın kifayət qədər müdafiə imkanlarının olmaması ilə əsaslandırmışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: