“İranla bağlı məsələni yalnız danışıqlar yolu ilə həll edə bilərsiniz”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Con Kerri deyib.
“Onlar da, biz də təslim olmayacağıq. Razılaşma üçün yer lazımdır”, – deyə o bildirib.
Amerika diplomatiyasının keçmiş rəhbəri hansı təşəbbüsdən bəhs etdiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başladı. Kütləvi raket hücumlarına cavab olaraq, İran hakimiyyəti ondan çox ölkənin neft və qaz ixracı və idxalı üçün əsas kanal olan Hörmüz boğazını bağladı.
Aprelin 13-də ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadasına başlandığını elan etdi.
Öz növbəsində İslam İnqilabı Rəhbərinin hərbi müşaviri Möhsün Rzayi bildirdi ki, İranın raket buraxıcıları Amerika hərbi gəmilərini hədəf alır və Tehran onların hamısını batırmağa hazırdır.
Əliyar Xəlil
Globalinfo.az