ABŞ Fələstinlə bağlı bu təklifə veto qoyacaq – Evans

ABŞ Fələstinin BMT-yə üzvlük təklifini yenidən əngəlləyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin mətbuat katibi Neyt Evans deyib.

O bildirib ki, Birləşmiş Ştatlar Fələstinin BMT Təhlükəsizlik Şurasına üzvlük müraciətini yenidən bloklayacaq.

Fələstin BMT-də müşahidəçi statusuna malikdir. Aprel ayında Birləşmiş Ştatlar Əlcəzairin Fələstini BMT-yə qəbul etməyi nəzərdə tutan qətnaməsinə veto qoyub. Böyük Britaniya və İsveçrə səsvermədə bitərəf qalıb. BMT Təhlükəsizlik Şurasının qalan üzvləri isə qətnamənin lehinə səs veriblər.

Evans Fələstinin hələ BMT-yə üzvlük meyarlarına cavab vermədiyini bildirib. Ona görə də, Vaşinqtonun Baş Assambleyada qətnamənin əleyhinə səs verəcəyini açıqlayıb.

Qeyd edək ki, dövlətlərin BMT-yə üzvlüyə qəbul məsələsinə Təhlükəsizlik Şurasının tövsiyəsi və Baş Assambleyanın qərarı ilə baxılır.

Müşviq Tofiqoğlu
Globalinfo.az