ABŞ Prezidenti Donald Trampın iki kritik mesajı investorları arxayın edib.
Globalinfo.az xəbər verir ki, o, Federal Ehtiyatlar Sistemi (FED) sədrinin vəzifədən uzaqlaşdırılmayacağını deyib.
O bildirib ki, FED sədri Cerom Pauel gələn il səlahiyyət müddəti bitənə qədər işinə davam edəcək:
“Onu işdən kənarlaşdırmaq fikrim yoxdur. İndi faiz dərəcəsini aşağı salmaq üçün mükəmməl vaxtdır”.
Tramp həmçinin Çinlə ticarət gərginliyi ilə bağlı danışıb. O, Pekinə tətbiq edilən tarif dərəcəsinin 145 faizə qaldırmayacağını, lakin əhəmiyyətli dərəcədə azalacağını açıqlayıb.
Qeyd edək ki, son hadisələr fonunda qızıl ucuzlaşıb. Belə ki, dünən 3500 dollarlıq rekord qıran unsiya 3345 dollara düşüb.
Həmçinin qlobal birjalar və Bitkoində yüksəlişlər diqqət çəkib.
Günay Rəsulqızı
Globalinfo.az