ABŞ-dan azərbaycanlı Pezeşkiyanın qələbəsinə reaksiya: “İnanmırıq”

ABŞ İranda seçkinin nə olmasından asılı olmayaraq, bunun fundamental dəyişikliklərə gətirib çıxaracağına inanmır.

Globlainfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

O, İrandakı seçkinin birinci turunun azad və ədalətli olmadığını bildirib:

“Biz gözləmirik ki, bu seçkilər nəticəsinin nə olmasından asılı olmayaraq, İranda fundamental dəyişikliklərə səbəb olsun. Hətta İran hökumətinin seçkidə iştirakla yaydığı statistika belə İran rejimi ilə bağlıdır və etibarlı məlumat deyil.

Qeyd edək ki, İranda prezident seçkisinin birinci mərhələsi keçən həftə bitib. Seçkinin birinci turunun qalibi azərbaycanlı Məsud Pezişkiyan olsa da onun yığdığı səslər həlledici olmayıb. Nəticədə seçki ikinci tura qalıb.

Əliyar Xəlil
Globalinfo.az