
ABŞ 18 ölkədən ticarət müqavilələri ilə bağlı təkliflər alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt məlumat verib.
O, bildirib ki, yalnız bu həftə ABŞ-ın ticarət danışıqları üzrə komandası 34 ölkənin nümayəndələri ilə görüşlər keçirir.
“Hal-hazırda bizim komandamızda 18 ölkədən yazılı təkliflər var. Bu təkliflər Prezident Tramp və bizim hökumətimiz tərəfindən qəbul edilmiş təkliflərdir”, – Livitt qeyd edib.
Livitt həmçinin Çinlə ticarət müqaviləsi barədə sualı cavablandırıb.
“Bizim Çinlə çox yaxşı vəziyyətimiz var. Prezident və administrasiya Çinlə ticarət sazişi bağlamağa hazırdır”, – Livitt əlavə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2 aprel tarixində 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumu tətbiq edəcəyini elan edib. Lakin 9 aprel tarixində Tramp bildirib ki, qarşılıqlı tədbirlər əsasında tətbiq olunan əlavə idxal rüsumları 90 gün müddətinə dayandırılır.
Aysel Əliyeva
Globalinfo.az