İran Ukraynadan PUA-lara dair sübut tələb etdi

Rusiyanın Ukrayna müharibəsində İran pilotsuz təyyarələrindən istifadə etdiyi məlum olarsa, biz buna biganə qalmayacağıq.

Globalinfo.az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O bildirib ki, biz bu iddiaların araşdırılması üçün İran və Ukrayna hərbçilərindən ibarət ekspertlərin birgə iclas keçirilə bilər.

“Ukrayna əlində olan hər hansı sübutu bizə təqdim etsin. Rusiyanın İran pilotsuz uçan aparatından istifadə etdiyi bizə aydın olarsa, biz buna biganə qalmayacağıq”, o deyib.