Rusiya xarici işlər naziri Sergey Lavrovla İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında yanvarın 17-də Moskvada görüş keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yayıb.
Onun sözlərinə görə, görüş zamanı tərəflərin beynəlxalq və regional məsələləri müzakirə edəcəyi gözlənilir. Zaxarova nazirlərin həmçinin İranla nüvə razılaşması, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi mövzularına da toxunacağını bildirib.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisiyə zəng edib.














