Abdullahian Suriyaya gedə bilmədi – Səbəb

İran xarici işlər nazirini Suriyaya aparan təyyarə Tehrana qayıtmağa məcbur olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Arabica” məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələrinin Suriyanın Dəməşq və Hələb hava limanlarına zərbə endirməsi nəticəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı Suriyaya aparan təyyarə Tehrana geri qayıtmalı olub.