Rey Kərimoğlu xəstəxanaya aparıldı – AÇIQLAMA

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhəti pisləşib.

Bu barədə Globalinfo.az-a R.Kərimoğlu özü məlumat verib.

O, hazırda xəstəxanaya aparıldığını bildirib:

“Hər şey anidən oldu. Dünən axşam saatlarından təzyiqim düşmür, burnumdan da qan açılıb. Dərhal Təcili Tibbi Yardım briqadası gəlib xəstəxanaya apardı, orada müdaxilə etdilər. Həmin vaxt təzyiq 200-ə yüksəlmişdi. İlkin tibbi yardım göstərildikdən sonra bir balaca düzəldim, amma az qala hər 1 saatdan bir iynə vurulmasa, təyziq yenə yüksəlir”.

Rey Kərimoğlu

R.Kərimoğlu müharibə zamanı başından zədə aldığını qeyd edib:

“İki dəfə minaya düşmüşəm deyə, başımdan güclü zədə almışam. Ona görə də hava dəyişəndə, əsəb, stress, həyəcan keçirən kimi halım pisləşir. Burnumdan qan açıldıqdan sonra təzyiq 170-ə düşdü. İndi də burnumda tampon var, başqa cür mümkün deyil”.

Zaira Akifqızı
Globalinfo.az