Liviya Benqazi limanına iki əsgərin ölümü ilə nəticələnən hücuma görə Ukraynadan təzminat tələb etmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin şərqindəki hökumətin xarici işlər naziri Əbdül-Hüveyc bildirib.
“Liviya hökuməti bu hücumların vurduğu ziyana görə kompensasiya və təzminat tələb etmək üçün tam qanuni hüququna malik olduğunu təsdiqləyib. Biz vurğulayırıq ki, beynəlxalq hüquqa və hüquqi məsuliyyət normalarına uyğun olaraq, hər hansı bir kompensasiya iddiası həm insan, həm də maddi itkiləri əhatə etməlidir”, – nazir söyləyib.
Onun sözlərinə görə, söhbət təkcə limanın infrastrukturuna və iqtisadi obyektlərinə dəyən ziyandan getmir, həm də qurbanların ailələrinin və yaralananların hüquqlarından gedir.
Əliyar Xəlil
Globalinfo.az