İstanbul Baş Prokurorluğu tərəfindən mənbəyi məlum olmayan böyük məbləğdə vəsaitlərin həm Türkiyə daxilində, həm də xaricdə yaradılmış şirkətlər vasitəsilə yuyulması, bu vəsaitlərin investisiya müqavilələrinə uyğun istifadə edilməməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərə qanunilik donu geyindirilməsi iddiaları ilə bağlı araşdırma davam etdirilir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu kontekstdə, “Yeni Partiya”nın sədri Özgür Özəl, eləcə də partiyanın parlament üzvləri Vəli Ağbaba, Ümid Akdoğan, Burhanəddin Bulud və Gökan Zeybeklə bağlı, rəsmi ittiham aktının (fezleke) hazırlanmasını tələb edə biləcək iddiaların mövcudluğu müəyyən edililib.
İstanbul Baş Prokurorluq sözügedən şəxslərlə bağlı iş materialları üzrə səlahiyyətsizlik qərarı qəbul edib və rəsmi ittiham aktının hazırlanması məqsədilə işin Ankara Baş Prokurorluğuna göndərilməsi barədə göstəriş verib.