WhatsApp Image 2026 11 27 at 11.48.52

Türkiyədə “Halk TV” ilə bağlı istintaq çərçivəsində növbəti əməliyyat keçirilib. Bu, iş üzrə üçüncü əməliyyat dalğasıdır.

Globalinfo.az xəbər verir ki, əməliyyat nəticəsində 12 nəfər haqqında saxlanılma qərarı çıxarılıb. Onlardan 9-u artıq saxlanılıb.

Saxlanılanlar sırasında telekanalın aparıcılarından Ece Üner və onun həyat yoldaşı Deniz Bayramoğlu da yer alır. “Halk TV”nin xəbər koordinatoru Hakan Kürşad Oğuz da saxlanılmalı şəxslər siyahısına daxil edilib. İstanbul Baş Prokurorluğu onun hazırda ölkə xaricində olduğunu açıqlayıb.

Türkiyə mediasının məlumatına görə, araşdırma telekanalın sahibi Cafer Mahiroğlu ilə əlaqəli istintaq çərçivəsində aparılır. Prokurorluq müxtəlif maliyyə əməliyyatlarını, şirkətlərlə və bələdiyyələrin tender prosesləri ilə mümkün əlaqələri araşdırır.

İş üzrə şübhəlilərin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilatın yaradılması və ona üzvlük, ictimaiyyəti yanıldan məlumatların açıq şəkildə yayılması, rüşvət, tenderlərə müdaxilə, eləcə də Vergi Prosessual Qanunvericiliyinin pozulması kimi əməllərdə şübhəli bilindiyi qeyd olunur. Sözügedən ittihamlar hələ məhkəmə tərəfindən təsdiqlənməyib.

Paylaş: