bank esas 1 900x581 1

Maliyyə institutları üçün iqlimlə bağlı əsas risklər fiziki və keçid riskləri hesab olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən “Maliyyə sektorunda ekoloji, sosial və idarəetmə amilləri üzrə təlim”də təqdim olunub.

Qeyd olunub ki, fiziki risklərə iqlim dəyişikliyi və ekstremal hava hadisələrinin artması daxildir.

Bu amillər fiziki aktivlərə, bazarlara və məhsuldarlığa potensial zərər vurmaqla bank sektorunun dayanıqlılığına mənfi təsir göstərir.

Keçid riskləri isə iqlim siyasətlərinin gücləndirilməsi və texnoloji dəyişikliklərlə bağlıdır.

Bu proses karbon-intensiv sektorlara təzyiqin artmasına, bərpa olunan enerjiyə keçidin sürətlənməsinə səbəb olur. Nəticədə baş verən dəyişikliklər həm iqtisadiyyata, həm də bank sektoruna təsirsiz ötüşmür.

Ləman İmran
Globalinfo.az

Paylaş: